9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəGürcüstanda dağ-xizək kurortunda 12 nəfərin cəsədi tapılıb

Gürcüstanda dağ-xizək kurortunda 12 nəfərin cəsədi tapılıb

Gürcüstanın Qudauri kəndində yerləşən məşhur dağ-xizək kurortunda 12 nəfərin cəsədi tapılıb. Bu barədə 14 dekabr şənbə günü Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Regionpress.ge xəbər verir ki, cəsədlər Hind restoranının ikinci mərtəbəsindəki yataq otaqlarında aşkar edilib. Ölənlərdən 11-i əcnəbi vətəndaş, biri isə Gürcüstan vətəndaşıdır. İlkin ehtimallara görə, həlak olan şəxslər həmin restoranın əməkdaşları olub.

İlkin versiyaya əsasən, hər 12 nəfər bədbəxt hadisənin qurbanı olub, zorakılıq əlamətləri aşkar edilməyib. Polis bildirib ki, yataq otaqlarının yaxınlığında qapalı məkanda elektrik generatoru işlək vəziyyətdə olub və elektrik enerjisinin kəsilməsi səbəbindən generator işə salınıb.

Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün istintaq hərəkətləri davam edir. Polis ehtiyatsızlıqdan ölümə səbəb olmaq maddəsi ilə araşdırmalara başlayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments