9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəGürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb

Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb

Hüquq-mühafizə orqanları noyabrın 28-dən Gürcüstanda etiraz aksiyalarında iştirak edən 400-dən çox insanı saxlayıb. 

Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Noyabrın 28-dən davam edən etiraz aksiyası çərçivəsində 30-dan çox şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bundan başqa, 372 nəfər inzibati qaydada tutularaq barələrində iş başlanılıb, onlardan 62 nəfərə artıq inzibati həbs, 100-dən çox şəxs isə cəza növü üzrə cərimə olunub”, – məlumatda deyilir.

Nazirlik onu da əlavə edib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı xəsarət alıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments