70 yaşdan aşağı şəxslər üçün pensiya 35 lari artırılaraq 350 lari, yüksək dağlıq bölgələrdə isə 420 lari olacaq.
Regionpress.ge xəbər verir ki, Gürcüstanda 2025-ci ildə yaşlı pensiyaçılar üçün pensiyalar artırılacaq. Bu, 2025-ci il büdcəsinin ilkin layihəsində qeyd olunub.
Layihəyə əsasən, səhiyyə və sosial proqramlar üçün ayrılan maliyyə vəsaiti 2021-ci illə müqayisədə 2,6 milyard lari artaraq 7,5 milyard lariyə çatıb.
70 yaş və daha yuxarı şəxslər üçün pensiya 35 lari artırılaraq 450 lari olacaq, yüksək dağlıq bölgələrdə isə 540 lariyə çatacaq. 70 yaşdan aşağı şəxslər üçün pensiya isə 35 lari artırılaraq 350 lari, yüksək dağlıq bölgələrdə isə 420 lari olacaq.
Ümumilikdə, səhiyyə və sosial proqramların maliyyələşdirilməsi 718 milyon lari artıb.


