17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəGürcüstanda yeni alınmış silahların qeydiyyatı etirazlara görə dayandırılıb?-Açıqlama

Gürcüstanda yeni alınmış silahların qeydiyyatı etirazlara görə dayandırılıb?-Açıqlama

Gürcüstanda iki həftədən çoxdur ki, yeni alınmış odlu silahların qeydiyyatı dayandırılıb.

Regionpress.ge məlumat verir ki, Daxili İşlər Nazirliyinin xidmət agentliyinin qaynar xətti buna səbəb kimi texniki nasazlıq olduğunu bildirib.

Qeyd edək ki, silahların qeydiyyatını Daxili İşlər Nazirliyinin xidmət orqanı təmin edir. Vətəndaş sağlamlıq haqqında arayış, silahın alınmasını təsdiq edən hesab-faktura, şəxsiyyət vəsiqəsi ilə xidmər orqanına yaxınlaşa və yeni alış-verişi qeydiyyat etdirə bilir. Hədiyyə silahı hədiyyə zamanı həm verən, həm də silahın sahibi agentliyə keçir. Yeni alınan silahlar qeydiyyata alınana qədər mağazada saxlanılır.

Nə agentliyin saytında, nə də bu qurumun sosial şəbəkələrdəki səhifəsində silahların qeydiyyatı prosesinin ləngiməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Silahların qeydiyyatı ilə bağlı Agentliyin dərc etdiyi sonuncu məlumat aprelin 30-da artıq alınmış ov tüfənglərinin icbari ballistik yoxlama müddətinin uzadılmasına aiddir.

Agentliyin “qaynar xətt”indən AzadlıqRadiosuna bildirilib ki, mayın 11-dən sonra silahların qeydiyyatı qeyri-müəyyən müddətə dayandırılıb, çünki qurumun sistemdə texniki nasazlıqları nə vaxt aradan qaldıra biləcəyini demək mümkün deyil. Nə qurumun qaynar xətti, nə də qurumun mətbuat xidməti bunun hansı texniki problem olduğunu, onun aradan qaldırılması üzərində hansı ixtisas qrupu tərəfindən iş aparıldığını, problemin həlli üçün nə üçün son müddətin dəqiqləşdirilməsinin mümkünsüzlüyü barədə dəqiq məlumat verməyib.

Mətbuat xidməti silah qeydiyyatının gecikməsinin hazırkı etirazla bağlı olduğunu inkar edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments