13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəGürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Cari il yanvarın 1-dən iyunun 1-dək Gürcüstanda yetkinlik yaşına çatmayan 252 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Regionpress.ge məlumat verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunanların 207-si 14-18 yaş arasında oğlanlardır.

Cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayanların 80 faizi oğurluqda ittiham olunur.

Qalanları isə sağlamlığa zərər vurma, soyğunçuluq və zorakılığa görə saxlanılıblar.

Mərkəzin məlumatına görə, yaşı 18-dən az olan 646 nəfər cinayətin qurbanı olub. Onlardan 281-i məişət zorakılığı, 90-ı seksual xarakterli cinayətlər, 87-si isə hədə-qorxuların qurbanına çevrilib.

Cari ilin beş ayında bir azyaşlı öldürülüb, ikisi isə son anda ölümdən xilas ola bilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments