Gürcüstanda 15 aprel–17 may tarixlərində “xarici təsir” qanunu əleyhinə keçirilən aksiyalarda azı 180 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.
- Qeyd olunub ki, Ombudsman Aparatının nümayəndələri bu müddət ərzində həbs edilmiş 180 nəfərə baş çəkiblər və onlardan 93-də polis zorakılığının əlamətləri olub.
Ümumilikdə isə qurumun “Qaynar xətti”nə 382 zəng daxil olub.


