14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeElm və TəhsilGürcüstanın insan haqları müvəkkili (Ombudsman) Levan İoseliani insan haqları və azadlıqlarının müdafiəsinə...

Gürcüstanın insan haqları müvəkkili (Ombudsman) Levan İoseliani insan haqları və azadlıqlarının müdafiəsinə dair 2023-cü il üzrə parlament hesabatını təqdim edib.

QafqazTürk.com xəbər verir ki,hesabatda Azərbaycandan Gürcüstanın  azərbaycandilli məktəblər üçün Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin göndərməsi ilə bağlı qeydlər yer alıb. Hesabata görə, Azərbaycan tərəfindən Gürcüstana göndərilən dərsliklər Ermənistanın təmin etdiyi dərsliklərdən fərqli olaraq köhnə deyil. Bununla belə hesabatda dərsliklərin Gürcüstanın təhsil sistemi ilə müəyyən uyğunsuzluqlarının olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycandan göndərilən 1-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin əlifbanın tədrisi ilə başlamaması müəyyən çətinliyə səbəb olur. Belə ki, Gürcüstandan fərqli olaraq Azərbaycanda 1-ci sinif şagirdləri əlifbanı məktəbəqədər hazırlıq dövründə öyrənilər.

Qeyd edək ki, 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 600 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments