Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.
Regionpress.ge məlumat verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyində Gürcüstanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi planlaşdırılır. Gürcüstan və Azərbaycanın müdafiə nazirləri təkbətək görüş keçirəcək. Daha sonra müdafiə sahəsində əməkdaşlığın istiqamətləri geniş tərkibdə müzakirə olunacaq. Rəsmi görüşlərdən əvvəl müdafiə naziri Bakıdakı “Fəxri xiyaban”da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və xanımı, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin qəhrəmanların abidə kompleksini ziyarət edərək ehtiramını bildirib.


