Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.


