Sankt-Peterburqda 20-25 may 2025-ci il tarixlərində keçiriləcək Beynəlxalq Media Forumu “Mədəniyyətlərarası Dialoq”da iştirak etmək üçün gənc müəlliflərin ərizə qəbulu başlayıb. Bu barədə təşkilatçılar məlumat verib.
“Rus Dünyası” Fondu və Rusiya Jurnalistlər İttifaqının dəstəyi ilə keçiriləcək Beynəlxalq Media Forumu “Mədəniyyətlərarası Dialoq” Ermitaj Muzeyində təşkil olunacaq.
“Forumda iştirak üçün gənc müəlliflərin ərizələrinin qəbulu başlayıb. Onlar Gürcüstanın önəmli hadisə və insanları ilə bağlı unikal hekayələri işıqlandıran mətn, foto, animasiya və ya video formatında multimedia layihələrini təqdim edə bilərlər. Bunun üçün işlərini 20 aprel 2025-ci il tarixinədək göndərmələri tələb olunur”, – deyə təşkilatçılar bildiriblər.
Regionpress.ge xəbər verir ki, qısametrajlı sənədli filmlərin müddəti 13 dəqiqəni, videoroliklərin isə 3 dəqiqəni keçməməlidir. Fotolar (və ya 10-a qədər foto seriyası) böyük formatlı sərgi çapı üçün tam icazəli ölçüdə göndərilməlidir.


