İyunun 25-i günün sonundan 26-sı səhərədək Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə qərb istiqamətindən güclü külək, dolu yağacaq, dənizdə 3-4 bal gücündə fırtına olması ehtimalı var.
Regionpress.ge bildirir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumat yayıb.
“Gürcüstanın çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara və dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər”, – deyə Agentlik qeyd edib.


