Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Gürcüstan respublikasının mədəniyyət və idman nazirliyinin maddi dəstəyi ilə Gürcüstanın regionlarına Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” və Əziz Nesinin “Öldür məni əzizim” tamaşaları ilə qastrol səfərə çıxıb.
Bu barədə Regionpress.ge-yə teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, qastrol səfər çərçivəsində Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanmış tamaşa 7 may tarixində Marneuli şəhərinin mədəniyyət mərkəzində, 4 iyun tarixində isə Bolnisi teatrında təqdim olunub. Bundan başqa, 13 may tarixində Əziz Nesinin “Öldür məni əzizim ” əsərinin motivləri əsasında hazırlanmış tamaşa Qardabani şəhərinin Mədəniyyət mərkəzində nümayiş etdirilib.
Qeyd edək ki, Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Turqay Vəlizədə, Əziz Nesinin “Öldür məni əzizim ” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru isə Giorgi Apxazavadır.








