Hökumət seçkilərə qədər amnistiya qanununu qəbul etməyi planlaşdırır.
Regionpress.ge məlumat verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bu gün, iyunun 28-də parlamentdə hesabat verərkən bildirib.
Kobaxidzenin deyib ki, amnistiya qanunu sentyabrda, parlament seçkilərinə bir ay qalmış qəbul ediləcək.
Onun sözlərinə görə, bu gün cəzaçəkmə müəssisələrində 10 minə yaxın məhkum var və onların sayının xeyli azaldılması vacibdir.
“Artıq Gürcüstan Cinayət Məcəlləsindən şəxslərin amnistiya qaydası ilə azadlığa buraxılması ilə bağlı ola biləcək müvafiq maddələrin və bəndlərin siyahısı tərtib edilib. Yaxın günlərdə müvafiq qanun layihəsinə təşəbbüs göstərməyi planlaşdırırıq. Yəqin ki, biz iyulda məsələlərin müzakirə olunacağı xüsusi sessiyada çıxış etməli olacağıq. İyulda bu qanun layihəsini birinci oxunuşda qəbul etmək mümkün olacaq ki, sentyabrda amnistiya qanununun qəbulu üç oxunuşda başa çatsın”, – deyə İrakli Kobaxidze bildirib.


