8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeTexnologiyaHökumət dağlıq yaşayış məntəqələri üçün Starlink-dən internet ala bilər

Hökumət dağlıq yaşayış məntəqələri üçün Starlink-dən internet ala bilər

“Dövlət internetə çətin çıxışı ucqar yaşayış məntəqələri üçün Starlink İnternetinin alınmasını da nəzərdən keçirir”.

Regionpress.ge məlumat verir ki, bu barədə İnfrastruktur və Regional İnkişaf Nazirliyinin hazırladığı sənəddə qeyd edilib.

Söhbət “Gürcüstanın yüksək dağlıq yaşayış məntəqələrinin 2024-30-cu illər üçün inkişafı strategiyası”ndan gedir.

Sənədə əsasən, mobil rabitə və internetin əlçatanlığının yaxşılaşdırılması istiqamətində mobil rabitə ilə bağlı problemlər hələ də mövcud olan belə dağlıq yaşayış məntəqələrinin əhatə dairəsinə üstünlük veriləcək.

“Dövlət müxtəlif məqsədyönlü layihələrin dəstəyi və dövlət internetləşdirmə proqramı vasitəsilə genişzolaqlı internetə universal çıxışın artırılması istiqamətində səylərini davam etdirəcək. Turist axınının yüksək olduğu və dayanıqlı internet bağlantısının olmaması ilə təhlükə altında olan turizmin gələcək inkişafı potensialına malik yaşayış məntəqələri xüsusilə vacibdir”, – sənəddə deyilir.

Məlumat üçün bildirək ki, İlon Maskın kosmik şirkəti SpaceX-in “Starlink” peyk internet xidməti Gürcüstanda ötən ilin noyabr ayından istifadəyə verilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments