Baş nazir İrakli Kobaxidze müsəlman vətəndaşları Qurban bayramı münasibətilə təbrik edib.
Regionpress.ge məlumat verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Hökumət başçısı qeyd edib ki, müsəlman icması Gürcüstanın tarixinin, mədəniyyətinin və bu gününün tərkib hissəsidir:
“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Müsəlman icması Gürcüstanın tarixinin və mədəniyyətinin, bu gününün ayrılmaz hissəsidir. Siz öz əməyinizlə, ölkəyə sədaqətinizlə vətənimizin tərəqqisinə əvəzsiz töhfələr verirsiniz. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir. Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, sizə əmin-amanlıq və firavanlıq arzulayıram”, – deyə Baş nazirin təbrikində deyilir.


