Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb. O, sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.
“Nyu-Yorka səfəri çərçivəsində, İrakli Kobaxidze Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts və Namibiyanın prezidenti Nangolo Mbumbanın təşkil etdiyi “Gələcəyin Sammiti”ndə iştirak edəcək. Gürcüstanın Baş nazirinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü planlaşdırılıb. Hökumət başçısı, həmçinin ABŞ Prezidenti Co Bayden və onun xanımı Cil Baydenin adından BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətləri rəhbərlərinin şərəfinə təşkil olunmuş rəsmi qəbula qatılacaq” , – məlumatda deyilir.


