14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeCəmiyyətİyulun 26-na kimi hava necə olacaq?

İyulun 26-na kimi hava necə olacaq?

İyulun 26-dək Gürcüstanın bəzi rayonlarında fasilələrlə yağıntılı olacağı gözlənilir.

Regionpress.ge bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatına istinadən xəbər verir.

Tbilisidə iyulun 23-24-də hava şəraitinin yağmursuz keçəcəyi, iyulun 25-də buludlu olacağı, arabir tutulacağı gözlənilir. Havanın temperaturu iyulun 23-24-də 33, 35, 25-də isə 27, 29 dərəcə isti təşkil edəcək.

Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 23-də və 25-də hava şəraitinin yağmursuz keçəcəyi, iyulun 24-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +27, +29 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 23-də və 25-də hava şəraitinin yağmursuz keçəcəyi, iyulun 24-də yağış yağacağı gözlənilir. Havanın temperaturunun gün ərzində +31, +33 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu iyulun 23-24-də gündüz 33, 35 dərəcə isti, iyulun 25-də isə 25, 27 dərəcəyədək enəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments