13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəİyulun 7-dək hava necə olacaq?

İyulun 7-dək hava necə olacaq?

İyulun 7-dək yüksək temperatur fonunda bəzi yerlərdə yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var.

Regionpress.ge bildirir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

İyulun 4-də Qərbi Gürcüstanda havanın temperaturu +33, +38 dərəcəyədək yüksələcək, iyulun 5-6-da isə Şərqi Gürcüstanda olacaq.

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 4-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. İyulun 5-də günün sonunda və iyulun 6-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +27, +29 dərəcəyə enəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 4-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +36, +38 dərəcəyədək yüksələcək. İyulun 5-də günün sonunda və iyulun 6-da bəzi yerlərdə yağış yağacağı, temperaturun +28, +30 dərəcəyədək enəcəyi gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): iyulun 4-5-də isti və əsasən yağmursuz hava şəraiti gözlənilir, iyulun 6-da isə yağış yağacaq. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): iyulun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 5-də günün sonunda və iyulun 6-da bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments