“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlar bu gün də davam edib.
Regionpress.ge məlumat verir ki, etirazçılar aksiyanın sonunda bildiriblər ki, iyunun 2-də saat 20:00-da “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı növbəti genişmiqyaslı mitinq keçiriləcək.
Qeyd edək ki, bu gün Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə prezidentin veto qoymasını dəf edib. “Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin veto qoyduğu layihə 84 səslə qəbul edilib.


