14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəİyunun 8-ə qədər gözlənilən hava şəraiti

İyunun 8-ə qədər gözlənilən hava şəraiti

İyunun 6-da Gürcüstanda yüksək havanın temperaturu qorunacaq. Günün ikinci yarısından başlayaraq, istilər fonunda Şərqi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. 

Regionpress.ge bildirir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

İyunun 7-8-də ölkənin əksər rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir.

İyunun 6-da Tbilisidə isti və yağmursuz hava şəraiti davam edəcək. İyunun 7-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, küləyin qısamüddətli güclənəcəyi gözlənilir. İyunun 6-7-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyunun 8-də isə 29 dərəcəyədək enəcək. 

Batumi, Kobuleti, Anaklia və Potidə iyunun 6-da isti və yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, 7-8-də şimşək çaxacağı qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək. 

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə iyunun 6-sı günün ikinci yarısından iyunun 9-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, iyunun 7-8-də güclü yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. İyunun 6-7-də havanın temperaturu gündüz +33, +35 dərəcə isti, iyunun 8-də isə enəcək. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments