14.2 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətKaxa Kaladzenin Tbilisidəki mitinqlə bağlı fikirləri

Kaxa Kaladzenin Tbilisidəki mitinqlə bağlı fikirləri

Tbilisi meri, “Gürcü Arzusu”nun Baş katibi Kaxa Kaladze “Gürcüstan Avropa İttifaqını seçir” mitinqin təşkilatçılarının Avropa İttifaqı və Avropa dəyərləri ilə heç bir əlaqəsi olmadığını hesab edir.

Regionpress.ge xəbər verir ki, o, bu mövzuda jurnalistlərin sualına cavab verərkən deyib.

“Bu insanların Avropa İttifaqı və Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur. Hazırda Avropanı və Avropa gələcəyini ən çox gözdən salanlar məhz bu insanlar və son günlər bəzi Avropa Parlament üzvləri və yüksək vəzifəli şəxslərdən eşitdiyimiz təəssüf doğuran bəyanatlardır.

Niyə biz Avropanı seçirik? Bizim üçün əsas dəyərlərdir, o çirkinliklər deyil ki, bu insanlar hakimiyyətdə olduqları vaxtlarda edirdilər və indi də edirlər. Onların uzun illər ərzində həyata keçirdikləri çirkinliklərin bizə demokratiyanın nümunəsi kimi təqdim olunması və bunu cəmiyyətə zorla qəbul etdirmək cəhdləri qətiyyən qəbuledilməzdir.

Guya normal idi ki, gəncləri küçədə öldürəsən, məhbusları həbsxanadan çıxarıb zorlayasan, ifadələri zorla imzaladasan, döyəsən, bu isə demokratiyanın nümunəsi olsun. Dostlar, bu demokratiya deyil, bu, liberal faşizmdir, və onlar bunu demokratiya adı altında gizlətməyə çalışırlar. Reallıq budur” , – deyə Kaxa Kaladze qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments