Gürüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ-daki səfiri, sabiq xarici işlər naziri David Zalkalianinin istefa verməsini təsdiqləyib.
Regionpress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
O, səfirin istefasından təəssüfləndiyini, lakin seçiminə hörmətlə yanaşdığını qeyd edib.
İrakli Kobaxidze xarici işlər nazirinin müavini Teymuraz Cancalianın isə vəzifəsini tərk etmədiyini, bunun yeni XİN başçısı olan Maka Boçorişvilinin qəbul etdiyi kadr qərarı olduğunu qeyd edib.
Baş nazir qeyd edib ki, nazir müavininə sistemdə qalmaq təklifi edilib, lakin onun hansı qərar verəcəyi məlum deyil.


