18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəKobuletidə torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb

Kobuletidə torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb

Mayın 16-da Kobuleti bələdiyyəsinin Kvirike kəndində torpaq sürüşməsi nəticəsində yaşı 50-dən az olan kişi həlak olub.

Merin Kvirikedəki nümayəndəsi Zurab Lazişvili “Azadlıq” radiosuna bildirib ki, torpaq sürüşməsi qəfildən kəndə düşüb. Zurab Lazişvili qeyd edir ki, fəlakət orada drenaj işləri aparılan zaman baş verib.

Zurab Lazişvili deyir: “Hasar uçdu və bir nəfər götürüldü. Böyük bir kütlə uçdu. Adamı çıxarmaq bir saat çəkdi. O, artıq ölmüşdü [onu çıxaran zaman]”.

Ölən şəxs Xetsubani kəndində yaşayıb.

Yerli hakimiyyət sürüşməni gözlənilməz hesab etsə də, ETSN-nin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin hazırladığı illik hesabatlarda təbiət hadisələri zonalarının qeydə alındığı Kvirike kəndi sürüşmə zonası kimi qeyd olunub.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments