“Lelo – Güclü Gürcüstan” partiyası qarşıdan gələn yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyini açıqlayıb. Bu barədə partiyanın ofisində xüsusi brifinq keçirilib.
Regionpress.ge “Interpressnews”a istinadla xəbər verir ki, brifinq zamanı partiyanın baş katibi İrakli Kupradze çıxış edərək, seçkilərdə iştirak qərarını “başqa əsas meydanda Rusiya rejiminə qarşı mübarizənin bir hissəsi” kimi qiymətləndirib.”Bu gün ‘Güclü Gürcüstan’ koalisiyası öz bəyanatını verir. Gürcüstanın hər bir vətəndaşı, hər bir insanın hüquqları, gənclərin gələcəyi və yaşlıların rifahı uğrunda mübarizəyə başlayırıq
Müxalifətlə ortaq hədəfimiz var – rejimi məğlub etmək. Biz bu mübarizəyə tam iştirakla, bütün resurslarımızla qoşulmağa hazırıq. Küçə etirazlarında və fəal müqavimətdə iştirakımız davam edəcək,” – deyə Kupradze bildirib.Onun sözlərinə görə, bu seçkiləri yalnız yerli seçkilər kimi təqdim etmək “cinayət”dir və 4 oktyabrda keçiriləcək proses faktiki hakimiyyətə qarşı ümummilli mübarizə olacaq
“Bu rejimə qarşı mübarizə bizim ortaq qələbəmiz olacaq. Biz nə Tbilisidə, nə də bölgələrdə azadlıqdan bir qarış belə geri çəkilməyə hazır deyilik. Repressiyalara, həbslərə hazırıq. İki siyasi liderimiz – Mamuka Xazaradze və Badri Caparidze, eləcə də Vepxia Kasradze və Vasil Kadzelaşvili bu gün siyasi məhbus kimi həbsdədir. Lakin bu bizi dayandırmayacaq,” – deyə partiya rəsmisi əlavə edib
Kupradze həmçinin Qərbyönlü müxalifət partiyalarına birgə əməkdaşlıq və mübarizədə qarşılıqlı dəstək təklif etdiklərini vurğulayıb
Partiyanı tərk edənlər və ictimai etiraz
Qeyd edək ki, bu bəyanatdan dərhal sonra partiyanın əsas üzvlərindən və təsisçilərindən olan Saba Buadze və Dea Metreveli “Lelo – Güclü Gürcüstan” partiyasını tərk etdiklərini elan ediblər. Həmçinin partiyanın bu qərarı müxalif seçicilər arasında ciddi narazılığa səbəb olub


