Mərkəzi Seçki Komissiyası növbəti ilkin nəticələri açıqlayıb.
Regionpress.ge xəbər verir ki, MSK-nın saydığı 2201 seçki məntəqəsinin növbəti ilkin nəticələrinə görə, parlament seçkilərində “Gürcü arzusu” 53,028% səslə liderdir.
“Dəyişikliklər Koalisiyası” 11,185 % səslə ikinci yerdədir.”Birlik Milli Hərəkat partiyası isə 9,852% səs toplayıb.
“Güclü Gürcüstan”a gəlincə, seçicilərin 9,011%-i onu dəstəkləyib. Sonrakı yerdə 8, 224 faizlə “Qaxariya – Gürcüstan Naminə ” partiyası qərarlaşıb.
Qeyd edək ki, seçkilər zamanı ümumilikdə 3111 seçki məntəqəsi açılıb.


