“Lelo – Güclü Gürcüstan” Əsəd Əliyevin namizədliyini irəli sürdü“Lelo – Güclü Gürcüstan” partiyası yerli özünüidarəetmə seçkilərində ictimai fəal Əsəd Əliyevin şəhər meri postuna namizədliyini irəli sürəcək.
Regionpress.ge xəbər verir ki, əldə olunan məlumata əsasən, bu barədə qərar partiyanın Siyasi Şurası tərəfindən yekdilliklə qəbul edilib.Partiyanın Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev açıqlamasında xəbəri təsdiqləyərək bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Onun sözlərinə görə, sabahdan etibarən kəndlərdə vətəndaşlarla görüşlərə də start veriləcək.
Qeyd edək ki, regionpress.ge Əsəd Əliyevlə əlaqə saxlıyaraq xəbəri təsdiqləyib o, redaksiyamıza verdiyi məlumata əsasən deyib ki: yaxın günlərdə ictimaiyyətə təbliğat-təşviqat proqramı haqqında rəsmi məlumat veriləcək



