Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Levan Jantiaşvili Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə tanışlıq görüşü keçirib. Bu barədə məlumatı Milli Təhlükəsizlik Şurasının ofisi yayıb.
Regionpress.ge -nin məlumatına görə, tərəflər fəlakət riskinin azaldılması üzrə milli strategiya və erkən məlumatlandırma sisteminin yaradılması prosesində Dünya Bankının dəstəyini müzakirə edib və gələcək əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
“Görüşdə Milli Təhlükəsizlik Şurasının Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Rusudan Kaxişvili və Dünya Bankının təbii fəlakət risklərinin idarə edilməsi üzrə baş mütəxəssisi Tafadzva İrvin Dube iştirak edib”. – Milli Təhlükəsizlik Şurasının aparatının yaydığı məlumatda deyilir.


