Minlərlə Gürcüstan vətəndaşı Polşada həbs edilib Polşa Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2024-cü ildə Polşada 1895 nəfər Gürcüstan vətəndaşı həbs edilib.
Regionpress.ge xəbər verir ki, həbs olunanlardan 136-sı məhkəmə qərarı ilə həbsdə saxlanılıb.Bundan əlavə 2024-cü il ərzində Polşa həbsxanalarında ümumillikdə 322 Gürcüstan vətəndaşı cəza çəkib Təkcə ötən il sərhədçilərin qərarı ilə 2589 nəfər isə Gürcüstan vətəndaşı Polşadan çıxarılıb.
Gürcüstan vətəndaşlarının əsas törətdikləri qanunsuz əməllər bunlardır – qanunsuz miqrasiya (insan qaçaqmalçılığı)quldurluq,oğurluq,narkotik alveri və silah alveri əsas cinayətlərin siyahsınında yer alıb
Qeyd edək ki, 4 mart tarixində Polşanın baş naziri Donald Tusk şəxsi “X” platformasında video paylaşım edərək bildirib ki, Gürcüstanlı qanunsuz dəstələr ölkədən deportasiya edilib


