9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəMSK bəzi məntəqələrdə seçkilərin nəticələrini yenidən yoxlayacaq

MSK bəzi məntəqələrdə seçkilərin nəticələrini yenidən yoxlayacaq

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq.

Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, hər dairə üzrə beş məntəqədə seçki bülletenləri dairə seçki komissiyaları tərəfindən sayılacaq. Məntəqələr təsadüfi olaraq püşkatma yolu ilə müəyyən edilib. Regionlarda səslərin yenidən sayılmasına bu gün saat 12:00-da, Tbilisidə isə saat 17:00-da başlanacaq. Səslərin sayılmasına müvafiq qurumlar da nəzarət edəcək.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən parlament seçkilərində 99,97% seçki məntəqəsində səslərin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 53,93% səs toplayıb. Bu nəticələri parlamentə düşən dörd müxalifət partiyası, onları dəstəkləyən QHT-lər və prezident tanımaqdan imtina ediblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments