Milli Statistika Xidmətinin ilkin hesablamalarına əsasən, 2024-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 11,0 faiz, 2024-cü ilin on ayı üzrə orta göstərici isə 10,0 faiz səviyyəsində müəyyən edilib.
Regionpress.ge xəbər verir ki, MSX-nin məlumatına görə, 2024-cü ilin oktyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sektorlar artıma mühüm töhfə verib.


