Bu gün Gürcüstanda Ahıska Türklərinin sürgününün 80-ci ildönümü ilə münasibətilə anım tədbiri keçirilib.
Regionpress.ge bildirir ki, Dünya Ahıska Türkləri Birliyinin (DTüB) Gürcüstan təmsilçiliyinin təşəbbüsü ilə keçirilən tədbirdə bu tarixi faciənin tairixi, acı nəticələri və Ahıska türklərinin birliyinin möhkəmlənməsindki rolu diqqət mərkəzində olub.
DATüB-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Murad Binalıyev çıxış edərək bildirib ki, tədbirin təşkilindən əsas məqsəd həmin günləri unutmamaq və gələcək nəsillərə bu tarixi dərs kimi ötürməkdir.
Onun sözlərinə görə, 1944-cü il noyabrın 14-də keçmiş Sovet İttifaqının ağır günlər yaşadığı dövrdə Ahıska Türkləri sürgün olundu. Bu gün dünyanın 9 fərqli ölkəsində yaşayan Ahıska Türkləri tarixin ağır sınaqlarından üçü ağ çıxıb. Bu günkü birliyimiz bunun əyani sübutudur.
Binalıyev, Ahıska Türklərinin qədim dədə-baba yurdlarına – Gürcüstan torpaqlarına geri dönüş arzusunda olduğunu xüsusi qeyd edib.
“Bizim istəyimiz gürcü xalqı ilə birlikdə, dostluq, qardaşlıq və sülh içində Gürcüstanda yaşamaqdır. Gürcüstan bizim ana vətənimizdir. Burada yaşamaq və millətimizin hüquqlarının tanınması ən böyük prioritetimizdir” – deyə, Binəliyev vurğulayıb.
Onun sözlərinə görə, belə tədbirlər gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün mühüm əhəmiyyət kəsb edir və ahıskalıların Gürcüstan cəmiyyətinə qatdığı dəyərlərin tanınmasına töhfə verir.


