18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəNazir gənclərə müraciət etdi: Qanunu birlikdə müzakirə edək

Nazir gənclərə müraciət etdi: Qanunu birlikdə müzakirə edək

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Agent qanunu”na qarşı aksiyalarda iştirak edən gənclərə birgə sağlam müzakirə keçirməyi təklif edib.

O, bu barədə Facebook hesabı üzərindən məlumat paylaşıb.

“Şəffaflıq haqqında qanunla bağlı ictimai müzakirə aparacağım on nümayəndə seçin. Nüfuzlu ekspert hesab etdiyiniz 2-3 gənc olmayan şəxslə də müzakirələrdə iştirak edə bilərsiniz. Ümid edirəm ki, bu dəfə biz konstruktivliyə və aşkarlığa layiqli cavab alacağıq və radikal müxalifətə mənsub səfirlərdən və mediadan fərqli olaraq, gənclər şəffaflıq qanunu ilə bağlı sağlam müzakirələrdə iştirak edəcəklər”,-deyə nazir qeyd edib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, ölkədə nümunəvi, parlaq və mütərəqqi gənclik var və onlar gələcəkdə bu ölkənin idarə olunmasını və inkişafını öz üzərinə götürməlidirlər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments