“Mən dəyişikliyə, Gürcüstanın Avropa gələcəyinə, koalisiya hökumətinə səs verdim və keçmişdən imtina etdim.”
Regionpress.ge xəbər verir ki, bu barədə səsvermədən sonra seçki məntəqəsindən çıxan Nika Qvaramiya bildirib.
“Mən hər kəsi səsvermə zamanı övladlarımız, əcdadlarımız, onların irsi haqqında düşünməyə və Gürcüstanı onun tarixi seçimi olan və gələcək nəsillərin seçimi olan yerə – Avropaya aparmağa çağırıram…Müxalifət qalib gələcək, bu, mütləqdir və bayram olacaq. Hökumət nümayəndələrinin nə deyəcəyi mənim üçün önəmli deyil. Hökumətin sülh yolu ilə dəyişməsi onun tarixi şansıdır, bu, onlar üçün bu ölkənin tarixində müsbət bir şey etmək üçün son şansdır”, – Nika Qvaramiya qeyd edib.


