15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətOqtay Kazımov : Gürcü arzusu ilə koalisiya qurmayacağımızı bəyan etmişik - MÜSAHİBƏ

Oqtay Kazımov : Gürcü arzusu ilə koalisiya qurmayacağımızı bəyan etmişik – MÜSAHİBƏ

– İlk öncə, Sizi qısaca tanıyaq, Oqtay Kazımov kimdir? Özünüzü necə tanıda bilərsiniz?

– Mən 1984-cü ildə Mtsxeta bələdiyyəsinin Tsixisdziri kəndində anadan olmuşam. Atam filoloqdur, mən dünyaya gələndə məktəb müəllimi idi, sonra daxili qoşunlara keçdi. Anam tərəfdən babam Tiflisdəndir və orada, 64 saylı məktəbdə Azərbaycan sektorunun yaradılmasında böyük rol oynayıb. Kəndimizdəki gürcü dilli məktəbi bitirdikdən sonra, 2001-ci ildə Tbilisi Dövlət Universitetinin Gürcü dili və ədəbiyyatı fakultəsinə qəbul oldum, 2005-ci ildə bakalavr, 2009-cu ildə magistratura təhsilimi tamamladım. Hazırda isə doktorantura pilləsində oxuyuram. 2002-ci ildən bədii tərcümələr edirəm – gürcü dilindən azərbaycancaya, azərbaycancadan gürcücəyə şeirlər, hekayələr, romanlar tərcümə etmişəm. 2014-2018-ci illərdə Tbilisi Şota Rustaveli adına İnstitutda elmi işçi kimi çalışmışam. Yazdığım tədqiqatlar, o cümlədən Kembric və Birmingem universitetlərinin nəşrlərində, ingilis dilində çap olunub. Bundan əlavə, 2012-ci ildə çap olunan gürcü dilində azərbaycan ədəbiyyatı haqqında ədəbi məqalələr toplum var. Üç il idi ki, Formula TV-də “17-ci mərtəbə” verilişinin aparıcısı idim.

– Sizi siyasətə gəlməyə nə vadar etdi?

– Bizim icmanın səsi uzun müddət eşidilmirdi. Son illərdə bir çox ictimai fəal bu problemləri ictimailəşdirir. Bir çox təşkilatlar, məsələn, “Salam” və digər icma mərkəzləri bu istiqamətdə fəaliyyət göstərir. İcma problemlərini dilə gətirir və aidiyyəti qurumlar qarşısında təkliflər irəli sürürdük. Lakin parlamentdə bizi təmsil edən namizədlər bu problemləri lazımlı səviyyədə qaldırmayırlar. Ona görə də, “Fəallar Gələcək naminə” siyasi hərəkatını yaratdıq. Məqsədimiz, icmamızın illərlə yığılıb qalan problemlərinin həllinə nail olmaqdır. İkinci məsələ Gürcü arzusunun bir dəfə geri çəkdiyi və sonra, həmişə olduğu kimi, vədini pozaraq geri qaytardığı Rus qanunudur. Həmin qanun icmamızın problemrlərini həll etməkdə xüsusi çətinliklər yaradır. Onun sayəsində icmanı hökumət adamlarının ədalətsizliklərindən qorumaq, kömək əli uzatmaq nəinki çətinləşir, hətta qeyri-mümkün olur.

– “Fəallar Gələcək naminə” hərəkatı və partiyanız haqqında məlumat verərdiniz.

– “Fəallar Gələcək Naminə” hərəkatı indiyə kimi ictimai sahədə iş görmüş və nailiyyətli, hər iki dili yaxşı bilən gənclərin hərəkatıdır. Bu insanlar illərdir ki, icmamızı narahat edən məsələləri öyrənməklə, araşdırmaqla, diqqət mərkəzinə gətirməklə məşğuldurlar. Hazırda isə, siyasətə, qərarverici yerlərə gəlməyin vaxtının çatdığı üçün “Dəyişikliklər Naminə Koalisiyasına” tamhüquqlu üzv kimi qoşulmuşuq. Koalisiya üç partiyadan ibarətdir: “Axali” (yeni), “Qirçi” (qozalaq) və “Droa” (vaxtdır).

–Bilirik ki, regionda bir qrup gənclə fəal şəkildə təbliğat-təşviqat işlərini həyata keçirirsiniz görüşdüyünüz insanlarla danışarkən Sizə, partiyanıza və hərəkatnıza münasibət necədir?

– Əhali ilə üzbəüz görüşlərdə çoxları hakim partiyanın idarəçiliyindən narazıdır. İnsanlar dəyişiklik istəyir, çünki “Gürcü Arzusu” partiyası verdiyi vədləri yerinə yetirməyib. Bizim koalisiyamız sistemli dəyişiklik təklif edir – təhsil, iqtisadiyyat, mədəniyyət sahələrində. Vətəndaşlar bu islahatları dəstəkləyirlər.

–Bilirik ki, Siz də təhsil sahəsindən siyasətə qoşulmusunuz və təhsil sistemimizdə bir çox çatışmazlıqlar var əsasən də, azərbaycandilli məktəblərdə obyektiv və subyektiv səbəblərdən yaranmış bir sıra problemlərimiz var və eyni zamanda yüzlərlə hətda, minlərlə abituriyentin tələbə adını qazandığı bir program var (1+4) bununla bağlı gələcəkdə nələr edəcəksiniz və ya etməyi düşünürsünüz?

– Gürcüstanda təhsil olduqca problemlidir. Məktəblərin infrastrukturu bərbad vəziyyətdədir. Azərbaycan dilli məktəblərdə də vəziyyət acınacaqlıdır. Dövlət dilini öyrətmək üçün vətəndaşdan pul alınması yolverilməzdir. “1+4” proqramı yaxşı ideya idi, amma tətbiqində problemlər var. Biz hesab edirik ki, dövlət bu proqramı ödənişsiz etməlidir. Təhsil hər kəs üçün əlçatan olmalıdır.

–Aparılan sorğulara əsasən deyə bilərik ki, bu il Gürcüstanda keçiriləcək Parlament seçkilərində tək başına heç bir partiya hökuməti quracaq çoxluğa malik deyil. Görürük ki, hakim partiya son sorğulara əsasən də öndədir. Sualımız isə belədir “Gürcü arzusu” partiyası ilə bir koalisiyada olmağı düşünürsüzmü?

– Gürcü Arzusu partiyası ilə koalisiya qurmaq planımız yoxdur. Gürcü arzusu Parlamentdə çoxluğu əldə edə bilməyəcəkdir. Biz Gürcü Arzusu ilə koalisiya qurmayacağımızı açıq şəkildə bəyan etmişik.

– Çox sağ olun!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments