8.5 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəParlamant qalmaqqalı qanunu müzakirə edir-Etirazlar başlayıb

Parlamant qalmaqqalı qanunu müzakirə edir-Etirazlar başlayıb

Hazırda parlament Prezidentin “Xarici təsirin şəffaflığı haqqında qanununa qoyduğu vetonun ləğvini müzakirə edir.

Bununla yanaşı, parlamentin arxa girişində “Agent qanunu”na etiraz aksiyası keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Aksiyada “Rusiya qanunlarına yox”, “Qullar” şüarları səsləndirilir.

Mayın 27-də Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi prezidentin “Agentlər haqqında qanun”a vetosunun aradan qaldırılmasını dəstəkləyib. Komitə üzvlərinin əksəriyyəti hakim “Gürcü arzusu” partiyasının üzvləridir.

Gürcüstanda 40 gündən artıqdır ki, “Agent qanunu”na qarşı etirazlar davam edir.

Aprelin 3-də “xarici agentlər” haqqında qanun layihəsinin yenidən gündəmə gətirilməsi ictimai etirazla müşayiət olundu. Hakim partiya olan “Gürcü arzusu” mayın 14-də keçirilən mitinqlərin çoxluğuna baxmayaraq, üçüncü oxunuşda onu dəstəkləyib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments