9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeÖlkəParlament qalmaqallı layihənin son müzakirəsini edəcək- Tbilisidə yürüş başlayıb

Parlament qalmaqallı layihənin son müzakirəsini edəcək- Tbilisidə yürüş başlayıb

Bu gün Gürcüstan parlamentində “Xarci təsirin şəffaflığı haqqında” qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası təqdim edib.

Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya bu gün bərpa olunub. Yerli vaxtla saat 10:00-dan etibarən tələbələr universitetlərdən qanunverici orqana doğru yürüş edirlər.

Dünən Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirərək təsdiqləyib.

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu xaricdən formalaşan qeyri-kommersiya təşkilatları “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı verməlidir. Qanun layihəsi eyni zamanda ölkənin Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatları ilə bağlı araşdırma aparmaq səlahiyyəti verilməsini nəzərdə tutur.
Reyestrdən keçməyən təşkilatlar təxminən 25 min lari məbləğində cərimələnəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments