11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeÖlkəParlament Saakaşvilinin hakimiyyət dövrünü araşdıracaq komissiya yaradıb

Parlament Saakaşvilinin hakimiyyət dövrünü araşdıracaq komissiya yaradıb

Ölkə parlamentinin üzvləri 2003-2012-ci illərdəki hakimiyyətin fəaliyyətini araşdıracaq komissiya yaradıb.

83 deputat bu təşəbbüsə dəstək verib.

Komissiya üç ay ərzində “Milli Hərəkat” dövrü ilə bağlı siyasi və hüquqi qiymətləndirmə aparacaq. Əgər bu müddət yetərli olmazsa, fəaliyyət müddəti altı aya qədər uzadılacaq.

Bu addımın Gürcüstanda keçmiş hakimiyyət dövrünə dair şəffaflıq yaradacağı və gələcəkdə ölkənin siyasi inkişafına dəstək verəcəyi bildirilir.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstana hazırda həbsdə olan Mixeil Saakaşvili rəhbərlik edib.


İstinad: 24news.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments