“Millətlərarası dialoq dayanmayıb… bunlar normal proseslərdir”.
Regionpress.ge-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov, Putinin Gürcüstan vətəndaşları üçün vizasız rejimin genişləndirilməsi ilə bağlı fikirlərini ifadə edib.
“Dövlətlər arasında münasibətlər birdir və humanitar əlaqələr, xalqlar arasında dialoqa gəldikdə – mahiyyət etibarilə dayanmayıb. Bilirsiniz ki, burda gürcü diasporu kifayət qədər çoxdur, turistlərimiz ora gedirlər. Bunlar normal proseslərdir”, – Peskov bildirib.


