Gürcüstan prezidenti Salome Zurabişvili bu gün 13 məhkumu əfv edib.
Regionpress.ge bu barədə Prezident Administrasiyasından verilən məlumata istinadən xəbər verir.
Cəzaçəkmə müəssisəsində cəza çəkən 6 məhkumun cəzasını davam etdirməkdən tam azad edilib, 5 məhkumun isə cəzaçəkmə müəssisəsində çəkilməsi üçün qalan cəza müddəti azaldılıb, o cümlədən 1 məhkum qadındır.
Amnistiya aktı cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan 2 məhkuma da şamil edilib.


