8.2 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeElm və TəhsilQarabağ Universitetində İlk Tədris İlinə Start Verildi

Qarabağ Universitetində İlk Tədris İlinə Start Verildi

Bu gün Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesi başladı. İlk mərhələdə kadr hazırlığı altı fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və Sosial Elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələri. 

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetinə 1104 tələbə qəbul edilib, bu da qəbul planının 98,5 faizinin dolduğunu göstərir. Tələbələrdən 101 nəfər 600-dən çox, 385 nəfər isə 500-dən çox bal toplayıb. Hüquqşünaslıq ixtisası üzrə ən yüksək nəticə 683,8 bal olub. Olimpiada qalibi olan bir abituriyent Elektrik və Elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, universitetin I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları yaradılıb.

Hal-hazırda universitetdə 160 əməkdaş çalışır. Onlardan 60 nəfəri akademik, 100 nəfəri isə inzibati və texniki heyət üzvüdür.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments