“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi” də 26 may Gürcüstanın “Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib.
Mərkəzin direktoru Çiçək Hüseynova iştirakçıları “Müstəqillik Günü” münasibəti ilə təbrik edib və müstəqiliyin əhəmiyyəti barədə haqda danışıb. Daha sonra Gürcüstanın dövlət himnni səsləndirilib.
Tədbirdə mərkəzin təsisçi Raul Əliyev, “Marif” qəzetinin redaktoru Əliddin Qarabağlı çıxış edərək müstəqlliklə bağlı fikirlərini bölüşüb.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, şagirdlər, müəllim və valideynlər iştirak edib.




