“Qirçi daha çox Azadlıq” partiyasının sosial media meneceri və fəal üzvü olan Qela Xasiya həbs edilib. Hadisə ilə bağlı hələlik ətraflı məlumat verilmir, amma bu addım siyasi təzyiqlərlə əlaqələndirilir.
Regionpress.ge xəbər verir ki, partiya və onun tərəfdarları, Xasiyanın həbsinin siyasi səbəblərə dayandığını bildirərək, bunu azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirirlər. Müxalifət tərəfindən bu hadisəyə reaksiyalar artmaqdadır.


