15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəQoçulu ictimai məktəbinin 2 illik təmirdən sonra açılışı olub

Qoçulu ictimai məktəbinin 2 illik təmirdən sonra açılışı olub

Bu gün 15 Sentyabr tarixində Bolnisi bələdiyyəsinin Çapala( Qoçulu) kəndində yeni tədris ilinin başlanğıcı ilə əlaqədar təmirdən çıxmış məktəbin açılış mərasimi keçirildi

Regionpress.ge xəbər verir ki, Mərasimdə Gürcüstanın Bolnisi,Dmanisi,Tetricğaro (Ağbulaq) və Tsalka rayonun majoritar deputatı Davit Şerazadaşvili ,Təhsil Elm və Gənclər Nazirinin müavini Tamar Maxaraşvili, Kvemo Kartli qubernatorunun səlahiyyətlərini icra edən İlia Calaqoniya və Bolnisi Təhsil Resurs Mərkəzinin rəhbəri İamze Svanidze iştirak ediblər.Qonaqlar şagirdləri, müəllimləri və valideynləri yeni, müasir və tam adaptasiya olunmuş məktəbdə tədrisin davam etməsi münasibətilə təbrik edərək, uğurlu tədris ili arzulayıblar

Məktəbin direktoru Bənnahar Qəhrəmanova qonaqları salamlayaraq, məktəbin təmirində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, qeyd edib ki, 15 sinif otağından ibarət olan Qoçulu İctimai Məktəbi tamamilə təmir olunub və lazımi bütün infrastruktur təmin edilib

Qeyd edək ki, görülən işlərin dəyəri 4 milyon 300 min lari təşkil edib. Aparılan bərpa işləri nəticəsində məktəbdə tədris otaqları ilə yanaşı təbiət elmləri və kompüter laboratoriyaları, kitabxana, resurs otağı və həkim kabineti də yaradılıb Məktəb 400 şagird üçün nəzərdə tutulub

Açılış tədbirində ictimai şəxslər və kənd sakinləri də iştirak ediblər. Məktəbin şagirdləri tərəfindən hazırlanmış milli rəqs nümunələri təqdim olunub, qonaqların çıxışları dinlənilib və milli çay süfrəsi təşkil edilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments