“İmedi” teleşirkətinin sifarişi ilə “Qorbi”nin keçirdiyi “exit-poll”un nəticələrinə görə, 2024-cü il parlament seçkilərində saat 18:30-da 4 partiya 5 faizlik baryeri keçib.
Regionpress.ge xəbər verir ki, partiyalar aşağıdakı göstərici üzrə səs toplayıb:
“Gürcü arzusu” 56,1% ;
“Dəyişiklik üçün Koalisiya” – 12,6%;
“Birlik-Milli Hərəkat” – 11,6%;
“Güclü Gürcüstan” – 7,0%;
“Gürcüstan Naminə” – 4,8%;
“Girchi” – 3,0%;
“Gürcüstan Patriotları Alyansı” – 2,2%;
Digər – 2,7%.


