11.1 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəRövşən İskəndərov barədə qərar qəbul edildi

Rövşən İskəndərov barədə qərar qəbul edildi

Marneuli Bələdiyyə Məclisi Rövşən İskəndərovun səlahiyyətlərini dayandırdı.

Bu gün Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclası keçirilib.

Regionpress.ge xəbər verir ki, iclasda 4 məsələ müzakirə olunub, gündəlikdəki məsələlərdən biri də Rövşən İskəndərovun səlahiyyətlərinin dayandırılması ilə bağlı olub.

Sözügedən məsələ ilə bağlı Marneuli Sakrebulo Aparatının rəhbəri Nino Beridze açıqlama verib. Onun sözlərinə görə, Rövşən İskəndərovun günahsız olduğu müəyyənləşərsə və səlahiyyət müddəti hələ başa çatmayıbsa, o zaman səlahiyyəti geri qaytarılacaq. Lakin, əgər səlahiyyət müddəti artıq bitibsə, şəxsə yalnız işə gəlmədiyi dövrün əməkhaqqı ödəniləcək.

Qeyd edək ki, noyabrın 1-də Marneuli Magistr Məhkəməsi Rövşən İskəndərov və Etibar İskəndərov barəsində həbs-qətimkan tədbiri seçib. Növbəti məhkəmə iclası 25 dekabr tarixinə təyin olunub. Rövşən İsgəndərov və onun əmisi oğlu Etibar İsgəndərov seçkilərin saxtalaşdırılmasında ittiham olunurlar.

Nəzərinizə çatdıraq ki, Rövşən İskəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavinidir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments