Rusiya Daxili İşlər Nazirliyi prezident fərmanının layihəsini hazırlayıb, ona əsasən, rus polisinə qoyulan vəzifələrə “ənənəvi rus dəyərlərinin qorunması və möhkəmləndirilməsi”nin əlavə edilməsi təklif olunur.
Regionpress.ge xəbər verir ki, sənəd normativ hüquqi aktların portalında yerləşdirilib.Rusiya Federasiyası Prezidentinin təsdiq etdiyi Daxili İşlər Nazirliyinin vəzifələri haqqında qaydalara belə bir mətnlə əlavənin edilməsi təklif olunur: “Ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsinə yönəldilmiş fəaliyyətin həyata keçirilməsi.”
Fərman layihəsi 2024–2026-cı illərdə “Ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsasları”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrası məqsədilə hazırlanıb və bu plan 2024-cü ilin iyul ayında hökumət tərəfindən təsdiq edilib.
DİN-in “ənənəvi dəyərlərin qorunması və möhkəmləndirilməsi” ilə hansı formada məşğul olacağı barədə məlumat verilmir.


