9.2 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeUncategorizedRustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd...

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Mərkəzin direktoru Raida Dərziyeva tədbir iştirakçılarına dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alındığını bildirib. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevgi ilə qeyd edildiyi bildirilib, gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, hərtərəfli qayğı ilə əhatə olunması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindən olduğu vurğulanıb.
Daha sonra uşaqlar Azərbaycanvə gürcü dillərində şeir, mahnı və rəqsləri ifa etdilər. Bayram tədbiri əyləncəli oyunlar və maraqlı anlarla uşaqların yaddaşında qaldı

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments