Mayın 22-də Rustavidə, Dumbadze küçəsində iki qadın öldürülüb. Hadisə yerində azyaşlı uşaq da olub.
Bu barədə Regionpress.ge-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumara görə, arvadını və qayınanasını qətlə yetirən şəxs həbs edilib.
Nazirlikdə faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə istintaq başlanılıb.
Aysel Ömərova


