11.1 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəSəudiyyə Ərəbistanı Gürcüstanın inkişafına dəstək vermək istəyir

Səudiyyə Ərəbistanı Gürcüstanın inkişafına dəstək vermək istəyir

Səudiyyə İnkişaf Fondu (SFD) Gürcüstanın inkişaf prosesində fəal iştirak etmək istəyini ifadə edib. Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze Ər-Riyadda Fondun icraçı direktorunun müavini ilə görüşdən sonra bildirib.

Regionpress.ge – nin verdiyi məlumata əsasən , Karseladze Ər-Riyadda keçirilən Yol Təhlükəsizliyi və Davamlı İnkişaf Konfransında gürcü nümayəndə heyətinə rəhbərlik edir. Tədbir çərçivəsində Gürcüstan nazirliyi rəhbəri, o cümlədən Səudiyyə İnkişaf Fondunun icraçı direktorunun müavini Feysəl Məhəmməd əl-Qatani ilə bir sıra görüşlər keçirib.

Görüşdə tərəflər konfransın əhəmiyyətini vurğulayıb, bir-biriləri ilə öz ölkələrindəki infrastruktur layihələrinin nəticələri və inkişaf planları barədə məlumat mübadiləsi aparıb, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Bizim Səudiyyə İnkişaf Fondu ilə maraqlı və məhsuldar bir görüşümüz oldu, həyata keçirilmiş, icra edilən və planlaşdırılan infrastruktur layihələri barədə məlumat paylaşdıq,” – deyə Karseladze bildirib.

Gürcüstan tərəfinin paylaşdığı nəticələr Səudiyyə İnkişaf Fondu tərəfindən yüksək qiymətləndirilib və Gürcüstanın gələcək inkişafında fəal iştirak etmək istəyi ifadə olunub.

Karseladzenin dediyinə görə, Səudiyyə İnkişaf Fondu – zəngin və uzun tarixi olan, dünyada əhəmiyyətli layihələr həyata keçirmiş bir təşkilatdır. Belə bir tərəqqi və əldə olunmuş nəticələr fonunda münasibətləri daha da dərinləşdirmək və yeni layihələri birgə həyata keçirmək çox maraqlı olacaq.

Nazirin qeyd etdiyi kimi, ölkələr arasında münasibətlərin dərinləşməsi üçün əsas mövcuddur və bu əməkdaşlıq Gürcüstanda yollar, su təchizatı, bələdiyyə və regional inkişaf sahələrində müxtəlif layihələri əhatə edə bilər.

Yol Təhlükəsizliyi və Davamlı İnkişaf Konfransı Ər-Riyadda bir neçə gün ərzində keçirilir və Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Nazirliyi tərəfindən təşkil olunur. Konfransda Səudiyyə Ərəbistanı, Kipr, Küveyt, Nepal, Maldiv adaları üzrə sahə nazirləri, Beynəlxalq Yol Federasiyasının (IRF) nümayəndələri və Delft, Virciniya, Arizona, Berlin və digər ölkələrin texnologiya universitetlərinin mütəxəssisləri iştirak edirlər.

Konfrans iştirakçıları yol hərəkətinin təhlükəsizliyini gücləndirmək üçün müasir mühəndislik həlləri, ağıllı texnologiyalar, süni intellekt və digər innovativ yanaşmalardan istifadə imkanlarını müzakirə ediblər.

Həmçinin yeni şəhər nəqliyyat sistemləri və təhlükəsizliyin inklüziv idarə olunmasına dair müasir yanaşmalar və strategiyalar müzakirə olunub.

Gürcüstan və Səudiyyə Ərəbistanı 27 may 1994-cü ildə diplomatik əlaqələr qurublar. Ölkələr iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində əməkdaşlıq edir.

Səudiyyə Ərəbistanının səfirliyi Gürcüstanda 2018-ci ilin dekabr ayında açılıb. 2014-cü ildə Ər-Riyad şəhərində Gürcüstanın səfirliyi açılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments