“Dünənki marşda İvanişvilinin 2012-ci ildəki əsas seçki mitinqində olduğundan iki dəfə çox insan var idi”.
Regionpress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili deyib.
“Dünənki gün həm də onunla əlamətdar idi ki, üç aparıcı müxalif qüvvənin fəalları yanaşı dayandılar, prezident də orada idi və hamı bir-birinə qarşı çox dostcanlı davranırdı” , – qeyd edən eks-prezident deyib:
“Dünənki insanların birliyindən çox qürur duyuram. BBC-nin jurnalisti Tbilisidən birbaşa yayımda iştirak edən insanların sayını ‘Çox təsirli’ adlandırdı. Biz bir daha dünyaya göstərdik ki, qələbəyə hazırıq və heç kim bizi dayandıra bilməz”.


